Geri

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci il 13 iyun tarixli 349 nömrəli və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə" 2006-ci il 19 aprel tarixli 394 nömrəli fərmanlarına əlavələr və dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddələr 428, 431, № 8, III kitab, maddə 614; 2001-ci il, № 7, maddə 459; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 10, maddə 945; 2008-ci il, № 6, maddə 496) 2-ci bəndində "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin," sözlərindən sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin," sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 326; 2008-ci il, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"də:

2.1. 10.10.6-cı yarımbənddə "rəhbərlərini," sözü "rəhbərlərini (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi istisna olmaqla)," sözləri ilə əvəz edilsin;

2.2. Əsasnaməyə aşağıdakı məzmunda 10.10.6-1-ci yarımbənd əlavə edilsin:

"10.10.6-1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, Akademiyanın rəisinin təqdimatına əsasən Akademiyanın rəis müavinlərini vəzifəyə təyin edir;".

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 10 sentyabr 2009-cu il.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu