Geri

FHN və ABŞ-ın fövqəladə hallara cavab vermə üzrə ekspertlərinin iştirakı ilə seminar və masaarxası təlim keçirmişdir

Cari ilin 4-7 avqust tarixlərində Bakı şəhərində "Mülki hərbi fövqəladə hazırlıq Proqramı" çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Amerika Birləşmiş Ştatlarının fövqəladə hallara cavab vermə üzrə ekspertlərinin iştirakı ilə seminar və masaarxası təlim keçirilmişdir. Tədbirdə, Azərbaycan Respublikasının bir neçə dövlət orqanlarının və Moldova Respublikasının müvafiq strukturlarının nümayəndələri də iştirak etmişlər.

Keçirilmiş plenar iclaslarda fövqəladə hallar, zəlzələ və təhlükəli materialların dağıdılması üzrə öyrənilmiş tibbi biliklər, geo-məkan informasiya sistemi və baş vermiş fəlakətlər sahəsində əldə olunmuş biliklər, qəzaların idarəolunması üzrə dövlət sistemi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılmış, həmçinin, neft dağılmalarının qarşısının alınması, neft dağılmalarına cavab vermə strategiyası, üsulları və imkanları və s. mövzular ətrafında müzakirələr aparılmışdır.

Təlimin yekunu olaraq hesabatlar hazırlanmış və iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Digər məlumatlar

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyində "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “10 aprel - İnşaatçılar Günü” münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu