Geri

Qazaxıstan Respublikasının fövqəladə hallar naziri V.Bojkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur

26-27 avqust 2009-cu il tarixlərində Qazaxıstan Respublikasının fövqəladə hallar naziri Vladimir Bojko və onun rəhbərlik etdiyi nümayəndə heyəti respublikamızda səfərdə olmuşdur.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qazaxıstanlı həmkarı Vladimir Bojko ilə görüşmüşdür. İki ölkə arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan K.Heydərov, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində ölkələr arasında əməkdaşlığın əhəmiyyətini qeyd etmiş, bu səfərin Azərbaycan və Qazaxıstanın müvafiq dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin daha sürətlə inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir. Fövqəladə halların idarə olunması sahəsində təcrübə mübadiləsinin əhəmiyyətindən danışan nazir, toz burulğanları, sel və daşqınların qarşısının alınması sahəsində əsasən qonşu dövlətlərin təcrübəsindən yararlanmağa üstünlük verildiyini qonaqların nəzərinə çatdırmışdır.

Səmimi qəbula görə minnətdarlığını bildirən Qazaxıstan Respublikasının fövqəladə hallar naziri Vladimir Bojko, dinamik inkişaf edən Xəzəryanı ölkələrin fövqəladə hallar sahəsində birgə əməkdaşlığının zəruriliyindən danışmışdır.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.

Səfər müddətində qonaqlar, həmçinin, Nazirliyin bəzi qurumlarının fəaliyyəti ilə də yaxından tanış olmuşlar.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu