Geri

Nazir Kəmaləddin Heydərov İsrail Dövlətinin sənaye, ticarət və əmək naziri Binyamin Fuad Ben Eliezerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

29 iyun 2009-cu il tarixində fövqəladə hallar naziri Kəmaləddin Heydərov İsrail Dövlətinin sənaye, ticarət və əmək naziri Binyamin Fuad Ben Eliezerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov hər iki ölkənin dövlət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin vacibliyini vurğulamış və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin müxtəlif istiqamətlərinə toxunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturu, fəaliyyət sahələri, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər və digər məsələlər barədə qonaqlara geniş məlumat verilmişdir. 

Öz növbəsində, qəbula görə təşəkkürünü bildirən İsrail Dövlətinin sənaye, ticarət və əmək naziri Binyamin Fuad Ben Eliezer, İsrailin Azərbaycan ilə hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini və bundan sonra da bu əməkdaşlığın inkişafı üçün səy göstərəcəyini bildirmişdir.

Görüşdə, həmçinin, gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi də aparılmışdır.

Digər məlumatlar

“Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu