Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2009/2010-cu tədris ili üçün sənədlərin qəbuluna başlanılmışdır

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2009/2010-cu tədris ili üçün əyani təhsil üzrə sənədlərin qəbuluna başlanılmışdır. Qəbula namizədlər boyu azı 160 sm, orta təhsilli və ya buraxılış sinfində oxuyan 16 yaşından yuxarı ("Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə 01.09.2009-cu il tarixinədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza Komissiyasından və Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və Seçmə komissiyalarında sınaqdan keçməlidirlər.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.

Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı şərtlərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet informasiya resursları və kütləvi informasiya vasitələrində verilən elanlar vasitəsilə tanış olmaq mümkündür.

Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyada təhsil müddəti 4 ildir.

Tədris Azərbaycan dilində aparılır.

Akademiyanın məzunlarına "Yanğın təhlükəsizliyi mühəndisliyi" və "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilərək, Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

  • tərcümeyi-hal;
  • şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin dövlət notariusu tərəfindən təsdiq olunmuş surəti;
  • orta təhsil haqqında sənədin əsli və surəti, yaxud orta məktəbin buraxılış sinfində oxuması haqqında arayış;
  • orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
  • yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış;
  • hərbi xidmətə çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin əsli və surəti;
  • 2 ədəd 9x12 sm ölçüdə, 4 ədəd isə 4x6 sm ölçüdə fotoşəkil (baş geyimsiz, rəngli).

Sənədlər 1-20 may 2009-cu il tarixlərində (bazar günləri istisna olmaqla) saat 10:00-dan 18:00-dək Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin binasında (Bakı şəhəri, 9-cu m/r, H.Seyidzadə küçəsi, 40) qəbul edilir. Əlaqə telefonları: 568-26-09, 568-53-87.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu