Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri və Fransanın Daxili Təhlükəsizlik üzrə regional attaşesi Pyer Gittonu qəbul etmişdir

Aprelin 1-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri və Fransanın Daxili Təhlükəsizlik üzrə regional attaşesi Pyer Gittonu qəbul etmişdir.

Nazir Kəmaləddin Heydərov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilən siyasət nəticəsində Azərbaycan və Fransa arasındakı əlaqələrin yüksələn xətlə inkişafından, bu əlaqələrin genişləndirilməsində hər iki ölkənin maraqlı olmasından, eləcə də Nazirliyin gördüyü işlərdən danışmışdır.

Sonra səfir Qabriel Keller Azərbaycan və Fransa arasındakı əlaqələrin dinamik inkişafından məmnunluğunu bildirmiş, hər iki ölkənin fövqəladə halların idarə edilməsi sahəsində müvafiq qurumları arasındakı əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirmişdir.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu