Geri

Kiyevdə "Yanğın təhlükəsizliyinin yanğın texnologiyaları - 2009" sərgisi keçiriləcək

Aprelin 1-dən 3-dək Ukraynanın paytaxtı Kiyev şəhərində "Yanğın təhlükəsizliyinin yanğın texnologiyaları - 2009" adlı III Beynəlxalq İxtisaslaşdırılmış Sərgi keçiriləcəkdir.

Sərginin təşkilatçıları - Ukrayna Fövqəladə Hallar və Çernobıl Faciəsinin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi, Yanğına qarşı məhsul və xidmətlərin Ukrayna İstehsalçılar Birliyi və "Beynəlxalq sərgi mərkəzi" MMC-dir.

Hər il ənənəvi keçirilən bu sərgi Ukrayna dövlətinin yanğın təhlükəsizliyinə həsr olunaraq, bu sahədə texnoloji yeniliklərin nümayişi, əhali və ərazilərin yanğınlardan mühafizəsi sistemlərinin təkmilləşdirilməsi və əsas istiqamətlərinin dəqiqləşdirilməsi məqsədlərinə xidmət edir.

Qeyd etmək lazımdır ki, "Yanğın təhlükəsizliyinin yanğın texnologiyaları - 2009" adlı III Beynəlxalq İxtisaslaşdırılmış Sərginin mövzusu həddən artıq geniş və ətraflı olduğundan o, müxtəlif profilli mütəxəssislərin - inşaatçıların, quraşdırıcıların, mühəndislərin, müxtəlif müəssisə rəhbərlərinin daim marağına səbəb olur, onları bu kimi tədbirlərdə təcrübə mübadiləsinə yığışmağa sövq edir. Məsələn, yanğınlara qarşı avtomatika sahəsində sərgidə mühafizə-yanğın siqnalizasiyasının, eləcə də avtomatik yanğınsöndürmə qurğularının nümayişi gözlənilir. Sərginin digər bölmələri də mütəxəssislərin marağına səbəb olacaqdır. Təkcə onu demək kifayətdir ki, sərgidə bina və qurğuların yanğına qarşı mühafizəsi, təxliyə xəbərdarlığı və təxliyənin idarə edilməsi, əraziyə daxilolmaya qarşı videomüşahidə və nəzarət sistemləri, rabitə vasitələri, yanğına qarşı texnika və avadanlıq, yanğın-texniki təminat, yanğınsöndürmə vasitələri, qəza-xilasetmə işlərinin aparılmasına aid avadanlıqlar və digər mövzular da geniş əksini tapacaqdır.

Sərgidə Ukrayna Fövqəladə Hallar və Çernobıl Faciəsinin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin, Ukraynanın yanğın təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat institutlarının, digər idarə və qurumların aparıcı mütəxəssisləri də iştirak edəcəkdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu

FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir (Video - Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında......

Ardını oxu