Geri

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Filip Cottardı qəbul etmişdir.

Nazir Kəmaləddin Heydərov giriş sözü ilə çıxış edərək, Nazirliyin strukturuna daxil olan qurumlar haqqında ətraflı məlumat vermiş, əhalinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində Nazirliyin gördüyü işlərdən, o cümlədən əhalinin maarifləndirilməsi sahəsində görülmüş işlərdən danışmışdır.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Belçika Krallığının müvafiq dövlət qurumları arasında fövqəladə hallar sahəsində əməkdaşlıq münasibətlərinin qurulması və NATO ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi altında Nazirliyin nümayəndə heyətinin 15 oktyabr 2007-ci il tarixində Belçika Krallığının Brüssel şəhərinə işgüzar səfəri zamanı Belçika Krallığının Daxili İşlər Nazirliyinin Administrasiyası, Belçika Krallığının Daxili İşlər Nazirliyinin Milli Təhlükəsizlik üzrə Baş Direktorluğu, Böhran Mərkəzinin Baş Direktorluğu və Beynəlxalq Əlaqələr üzrə Direktorluğunun rəhbərləri ilə görüşündən söhbət açılmışdır.

Görüş üçün nazirə öz təşəkkürünü bildirən səfir Filip Cottard görüşün tanışlıq xarakteri daşıdığını, iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadənin vacibliyini bildirmişdir.

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyində Gənclər Günü münasibətilə tədbir keçirilmişdir

2 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bayıl yamacındakı sürüşmə ərazisinə baxış keçirmişdir

Yanvarın 26-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirmişdir......

Ardını oxu