Geri

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçuku qəbul edib

İki ölkə arasında əlaqələrin dərinləşməsi sahəsində fəaliyyətində səfirə uğurlar arzulayan nazir Kəmaləddin Heydərov, Azərbaycan Respublikası və Ukrayna arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da geniş vüsət almasının vacibliyinə toxunub, Nazirlik tərəfindən aparılan işlər barədə səfir Boris Klimçuka ətraflı məlumat verib.

Görüşdə, təhsil və kadr hazırlığı sahəsində razılaşmaya əsasən, mütəxəssislərin hazırlanması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 134 əməkdaşının Ukraynanın Fövqəladə Hallar və Çernobıl Faciəsinin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil aldığı vurğulanıb. Söhbət zamanı 2006-cı ilin sentyabr ayında Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Komitəsi arasında radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in müddəalarının yerinə yetirilməsi vəziyyəti də müzakirə olunmuşdur.

Görüşdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Ukraynanın müvafiq qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə 15 dekabr 2018-ci il tarixində Kollegiya iclası keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İmişli şəhərində vətəndaşları qəbul etmişdir

7 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İmişli şəhərində Sabirabad, Saatlı, Hacıqabul və İmişli rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən İmişli şəhərində vətəndaşların qəbulunun tarixi dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 noyabr 2018-ci il tarixində İmişli şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək 7 dekabr 2018-ci il tarixinə təyin edilmişdir....

Ardını oxu