Geri

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki arasında görüş olub

Görüşdə Azərbaycan və Yaponiyanın müvafiq qurumları arasındakı yaranan dostluq əlaqələrinin yüksələn xətlə inkişafından danışılıb, əməkdaşlığın daha səmərəli formalarının müəyyən edilməsi, əlaqələrin inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı səfir Masamitsu Oki ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini söyləyib, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və həyata keçirilən işlərlə maraqlanıb.

Nazir Kəmaləddin Heydərov rəhbərlik etdiyi nazirliyin fəaliyyəti barədə səfirə məlumat verib, ölkə ərazisində təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün ciddi addımların atıldığını söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin məlum fərman və sərəncamları ilə əhalinin mülki müdafiəsi, yanğın təhlükəsizliyi, xilasetmə və qəza xilasetmə işlərinin təşkili, dövlət material ehtiyatlarının idarə olunması, ölkə ərazisində radioaktiv tullantıların zərərsizləşdirilməsi, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə, habelə tikintidə təhlükəsizliyə nəzarət kimi mühüm vəzifələri yerinə yetirən dövlət qurumlarının Nazirliyin tabeliyinə verildiyini də qonağın diqqətinə çatdırıb.

Görüşdə həmçinin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin Təbii Fəlakətlərin Təhlükəsinin Azaldılması üzrə Asiya Mərkəzinə Azərbaycan Respublikasının üzv olması barədə müzakirələr aparılıb, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən keçirilən tədbirlərdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fəal iştirak etdiyi qeyd edilib.

Görüşdə müzakirə olunan əsas məsələlərdən biri də əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, elmi sahədə əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Yaponiyanın müvafiq elmi-tədqiqat institutları ilə əlaqələrin yaradılması olub.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirmişdir

23 may 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

Yanğın təhlükəsizliyinə həsr olunmuş məşq keçiriləcək

22 may 2018-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küç 68a ünvanında yerləşən 5 nömrəli tam orta məktəbdə “Yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha......

Ardını oxu