Geri

Nazirliyin əməkdaşları respublika çempionatlarında yüksək nəticələr əldə etmişlər

Dekabrın 18-də Bakıda karatenin WKF versiyası üzrə böyüklər, gənclər və yeniyetmələr arasında XVII ölkə çempionatı keçirilmişdir.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda Bakı, Gəncə, Sumqayıt və daha 30-dək şəhər və rayondan 400-dək idmançı iştirak etmişdir.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin iki əməkdaşı da 50-55 kq çəki dərəcəsində yarışlarda iştirak etmişlər. 1-ci dan qara kəmər ustası, Dünya Kubokunun sahibi, Avropa üzrə gümüş medal laureatı, dəfələrlə respublika birinciliyinin qalibi olmuş Cəmilə Məmmədova bütün görüşlərini qələbə ilə başa vuraraq kürsünün ən yüksək pilləsinə qalxmışdır.

50-55 kq çəki dərəcəsində mübarizə aparan nazirliyin digər əməkdaşı - Avropa çempionu, dəfələrlə respublika çempionu olmuş, 2-ci dan qara kəmər ustası Gülnarə Musayeva isə keçirdiyi üç görüşün yalnız sonuncusunda məğlub olaraq 2-ci yerə layiq görülmüşdür.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Azərbaycanda karatenin daha da inkişafı və kütləviliyinə nail olmaq, eləcə də gənc nəslin mənəvi və fiziki hazırlığının artırılmasıdır. Ölkə çempionatında fərqlənən idmançılar seçmə komandaların heyətinə cəlb edilməklə dünya və Avropa çempionatlarında, eləcə də müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Bununla yanaşı, dekabr ayının 24-də Sumqayıt şəhərinin Paralimpiya Kompleksində cüdo üzrə Azərbaycan çempionatı keçirilmişdir. 3 gün davam etmiş yarışlarda respublikamızın müxtəlif şəhər və rayonlarından 350-yə yaxın idmançı medallar uğrunda mübarizə aparmışdır. Yarışda nazirliyin Xüsusi Riskli Xiasetmə Xidmətinin əməkdaşı, 2004-cü ildə hərbçilər arasında keçirilmiş Dünya çempionatının və Super Dünya kubokunun bürünc medalına layiq görülmüş, dəfələrlə respublika çempionu olmuş Bəhriyyə Hüseynova da iştirak etmişdir. 70 kq çəki dərəcəsində döşək üzərinə çıxan idmançımız keçirdiyi hər üç görüşdə rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu