Geri

Azərbaycan Respublikası FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Astara və Cəlilabad rayon Dövlət Yanğından Mühafizə hissələrinin yeni inzibati binaları və əməliyyat depoları istifadəyə verilib

Dekabrın 15-də Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 4-cü ildönümü ərəfəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Astara rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) yeni inzibati binasının və əməliyyat deposunun açılışı olub. Açılış mərasimində fövqəladə hallar nazirinin müavini general-mayor Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov da iştirak ediblər. Açılışdan sonra nazir müavini və təbir iştirakçıları burada yaradılmış şəraitlə tanış olublar. Astara Rayon DYMH-nin 44 nəfərlik şəxsi heyətinin sərəncamına 5 yanğınsöndürən maşının, beşmərtəbəli təlim qülləsinin, texniki otaqların, anbar, qaraj, qazanxana və digər yardımçı otaqların verildiyini qeyd edən E.Mirzəyev FHN strukturları üçün lazımı iş və məişət şəraitinin yaradılması məqsədilə bundan sonra da müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Elə həmin gün FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon DYMH üçün tikilmiş yeni inzibati binanın və əməliyyat deposunun da açılışı olmuşdur.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu