Geri

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYASININ 14-cü İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR

Noyabrın 12-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Respublikası Konstitusiyasının 14-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Mərasimdə millət vəkili Aydın Mirzəzadə də iştirak etmişdir.

Tədbirdə çıxış edən Akademiyanın rəisi Pənah Süleymanov və millət vəkili Aydın Mirzəzadə mərasim iştirakçılarını Konstitusiya günü münasibətilə təbrik etmiş, mütərəqqi konstitusiyamızın Azərbaycan Respublikasının müstəqillik tarixindəki müstəsna əhəmiyyətindən danışmış, ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyanın ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratdığını bildirmişlər.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu