Geri

Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Qətər Dövlətində işgüzar səfərdə olmuşdur

3-4 noyabr 2009-cu il tarixlərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Qətər Dövlətinin daxili işlər üzrə dövlət naziri cənab Abdulla bin Nasir bin Xəlifə Əl-Səninin dəvəti ilə axtarış-xilasetmə və yanğınsöndürmə sahəsində keçirilən "Qətər ikinci mülki müdafiə sərgi-konfransı"nda iştirak etmək məqsədilə həmin ölkədə işgüzar səfərdə olmuşdur.

Sərgi Varis Əlahəzrət Şeyx Tamim Bin Hamad Əl-Səni və Qətər Dövlətinin Baş nazirinin birinci müavini Əlahəzrət Şeyx Abdullah Bin Hamad Əl Atiyyahın rəhbərliyi, Enerji və Sənaye və Daxili İşlər nazirliklərinin təşkilatçılığı ilə keçirilmişdir.

Sərgidə Qətər Dövlətinin yüksək vəzifəli şəxsləri, Körfəz Əməkdaşlıq Şurasının və ərəb ölkələrinin fövqəladə hallar üzrə dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak etmişdir.

Nazirliyin nümayəndə heyəti axtarış-xilasetmə, yanğınsöndürmə, habelə təhlükəsizlik və mühafizə sahəsində ixtisaslaşmış yerli və xarici şirkətlərin istehsalı olan ən müasir texnika və avadanlıqların nümayişini izləmişdir.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti ilə Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin nümayəndə heyəti arasında geniş tərkibdə görüş olmuşdur. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmış, nazirliklər arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin vacibliyi bildirilmiş və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin müxtəlif istiqamətlərinə toxunulmuşdur.

Həmçinin, səfər zamanı Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin Qətər Milli Komandanlıq Mərkəzində olan Nazirliyin nümayəndə heyətinə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, hər iki ölkənin müvafiq qurumlarının fəaliyyətinin əlaqələndirilməsi ətrafında müzakirələr aparılmışdır.



Digər məlumatlar

“Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu