Geri

Taxıl Fondu yerli istehsalçılardan buğda qəbulunun vaxtını uzadıb

Məlum olduğu kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunan yüksək keyfiyyətli buğdanın alınması barədə avqust ayının 5-dən sentyabrın 30-na kimi elan verilmişdir. Buğda qəbulunun müddəti 1 ay artırılıb. Bu məqsədlə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu "Dəvəçi-Dəyirman" MMC, "Karat Holdinq", "Fatoğlu", "Bakı-Taxıl", "Araz" ASC, "Aveta", "Tovuz-Baltiya" və "Neon" şirkətləri vasitəsilə oktyabr ayının 31-nə kimi yerli buğda istehsalçılarından qiyməti  bir ton üçün 180 AZN olmaqla aşağıdakı keyfiyyət göstəricilərinə malik buğdanın qəbulunu davam etdirəcəkdir.

Xatırladaq ki, buğda alınması prosesində aşağıdakı şərtlər irəli sürülür:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

buğda üçün                                    - 750/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)

buğda üçün                                    - 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

buğda üçün                                    - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə) -

bütün bitkilər üçün                            - 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq - 3-cü sinif

buğda üçün                                      - 23 faizdən az olmamaqla

yapışqanlığın keyfiyyəti                      - 2-ci qrupdan aşağı olmamaqla

VI. Şüşəvarilik

1-ci və 2-ci sinif buğdalar üçün             - 60 faizdən az olmamaqla

3-cü və 4-cü sinif buğdalar üçün           - məhdudlaşdırılmır

VII. İyi və dad-bütün bitkilər üfunət,

səməni, acıyovşan və ya dənli bitkilərə

xas olmayan və onların emalı məhsullarına

keçən (kerosin, benzin, sarımsaq və buna

oxşar maddələr) digər iy və dad                 - yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər             - yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə

bütün bitkilər üçün                                      - yol verilmir

X. Digər əlamətlər - bütün bitkilər üçün        - yol verilmir

karantin və iqtisadi cəhətdən təhlükəli

xəstəlik, zərərverici və alaq otlarının

toxumları olan dən (heyvanların yoluxucu

və ya tarlada qışlayan xəstəliklərlə

sirayətlənmiş, tərkibi toksiki elementlər,

radionukleidlər, pestisidlərlə çirklənmiş

dənlər, həmçinin, ekoloji baxımdan

əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)

Bildirilir ki, bu keyfiyyətlərə cavab verməyən məhsul qəbul edilməyəcəkdir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları:

"Dəvəçi-Dəyirman" MMC - Dəvəçi şəhəri, (0-55) 760-35-05; (0-50) 382-35-84

"Karat Holdinq" - Xırdalan şəhəri, (0-50) 223-18-97

"FATOĞLU" - Gəncə şəhəri, 022-5-69-44-44; 012-418-45-38, (0-50) 222-08-20

N.Quliyev adına Bakı-Taxıl - Dərnəgül qəsəbəsi, 012-567-00-76; 566-21-72

"Araz" ASC - Zığ şossesi 27 (0-50) 502-29-08; 012-479-10-29, faks: 473-90-00

"Aveta" - Kürdəmir şəhəri, (0-50) 200-11-97

"Tovuz-Baltiya" - Tovuz, İbrahim Hacılı kəndi, (0-50) 527-80-95

"Neon" - Gəncə şəhəri, (0-50) 220-30-27

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu