Geri

Bu gün yeni yaşayış binasının açılışı olmuşdur

Bu gün Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 34 ünvanında yeni beşmərtəbəli, 45 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Xatırladaq ki, 2008-ci ilin 13 dekabrında bu ünvanda yerləşən yaşayış binasında qaz sızması nəticəsində partlayış baş vermiş, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmış və bina yaşayış üçün yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə 9 ay ərzində yeni yaşayış binası tikilmişdir.

Binanın açılış mərasimində fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri və binanın sakinləri iştirak etmişdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu