Geri

Məktəblərdə maarifləndirmə tədbirləri davam edir

Fövqəladə hallar zamanı davranış qaydalarının təbliği məqsədilə növbəti tədbir Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin təşəbbüsü ilə oktyabrın 23-də Bakı şəhəri, Nərimanov rayonundakı 82 saylı orta məktəbdə keçirilmişdir.

Tədbirdə fövqəladə hallar zamanı, o cümlədən partlayıcı maddələr aşkar olunduqda davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi, habelə Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə bağlı nümayiş etdirilən materiallar məktəblilərin böyük marağına səbəb olmuşdur.

Xatırladaq ki, analoji tədbir oktyabrın 19-da Bakı şəhəri, Suraxanı rayonundakı 318 saylı orta məktəbdə keçirilmişdir.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu