Geri

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Beynəlxalq Simpoziumda iştirak etmişlər

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Səudiyyə Ərəbistanı Krallığı Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə 2-6 oktyabr 2009-cu il tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş Böhranların idarə edilməsi üzrə Beynəlxalq Simpoziumda iştirak etmişlər.

Bir sıra dövlətlərin nümayəndə heyətlərinin qatıldığı Simpozium, əsasən, təbii və texnogen fəlakətlər zamanı ölkələrin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi mövzusuna həsr edilmişdir. Beynəlxalq Simpoziumda, eyni zamanda, Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi tərəfindən sərgi təşkil olunmuş və fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan müasir qəza-xilasetmə texnika və avadanlıqları nümayiş etdirilmişdir.



Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu