Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

13 oktyabr 2018-ci il

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​

10 oktyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir.

06 oktyabr 2018-ci il

6 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Mübarizlər” ekstremal idman marafonu üzrə respublikanın güc strukturlarının komandaları arasında keçirilmiş yarışda birinci yer tutmuş Fövqəladə Hallar Nazirliyinin komandasının üzvlərinin təltif olunma mərasimi keçirilmişdir.

01 oktyabr 2018-ci il

1 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Horadiz şəhərində Füzuli, Beyləqan, Ağcabədi və Xocavənd rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr