Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

24 aprel 2019-cu il

18-21 aprel 2019-cu il tarixlərində Abşeron olimpiya kompleksində uşaq, yeniyetmə və gənclər arasında Taekvondo üzrə Bakı şəhərinin açıq birinciliyi keçirilib. 

24 aprel 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 24 aprel 2019-cu il tarixində Xaçmaz rayonu İlıxçı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

24 aprel 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 24 aprel 2019-cu il tarixində Xızı rayon Sukanal İdarəsində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirib.

24 aprel 2019-cu il

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin 2019-cu il üçün Mülki müdafiə Tədbirlər Planına əsasən, 24 aprel tarixində Yevlax rayonunun Malbinəsi kənd sakinlər ilə “Mülki müdafiə hazırlığının təşkil olunması, təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

24 aprel 2019-cu il

Aran Regional Mərkəzində "2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən, 22-24 aprel tarixlərində “Rabitə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursu təşkil edilib.

24 aprel 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

23 aprel 2019-cu il

23 aprel 2019–cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən şəhər və rayonların məktəbləri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

23 aprel 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Tovuz rayon A.Sadıqov adına İbrahimhacılı kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi Füzuli rayon Qayıdış qəsəbə 7 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

23 aprel 2019-cu il

 23 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda kursant və magistrantların Vll elmi-praktik konfransı keçirilib.

23 aprel 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 23 aprel 2019-cu il tarixində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr