Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 oktyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 31 oktyabr 2018-ci il tarixində  Qubadlı rayonu B.Əsgərov adına Xələc kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

31 oktyabr 2018-ci il

FHN-in Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində  oktyabr ayının 31-də Nəsimi rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir.

31 oktyabr 2018-ci il

30 oktyabr 2018-ci il tarixində Beynəlxalq axtarış-xilasetmə dəstəsinin idarə heyətinə namizədliyi təklif olunmuş əməkdaşlar üçün 3 sahə üzrə onlayn kursun təqdimatı keçirilmişdir.

31 oktyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 30 oktyabr tarixində Qaradağ rayonundakı 288 nömrəli orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

30 oktyabr 2018-ci il

Rumıniyanın paytaxtı Buxarest şəhərində 25-27 oktyabr 2018-ci il tarixlərində Kempo-karate döyüş növü üzrə Avropa çempionatı keçirilmişdir. Həmin çempionatda Azərbaycanı təmsil edən FHN Xüsusi Riskli  Xilasetmə  Xidmətinin əməkdaşı  Rüstəm Müslümov  81 kq çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanmışdır.

30 oktyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 30 oktyabr 2018-ci il tarixində Ağdam rayonu Dördyol-3 qəsəbəsində yerləşən Ağdam rayonu 118 №-li köçkün tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

30 oktyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 29 oktyabr 2018-ci il tarixində Heydər Əliyev adına Neft Emalı Zavodunun 2 №li sexinin 21 saylı qurğusunda "Açıq texnoloji qurğularda yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirmişdir.

29 oktyabr 2018-ci il

25-26 oktyabr 2018-ci il  tarixlərində Sərhədçi Olimpiya Kompleksində Kişilər və Qadınlar arasında cüdo üzrə Açıq Bakı Çempionatı keçirilmişdir. Çempionata 23 komanda, 232 iştirakçı qatılmışdır.

27 oktyabr 2018-ci il

FHN Bakı Regional Mərkəzi 26 oktyabr 2018-ci il tarixində Qaz Emalı Zavodunda “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirmişdir.Tədbir obyektin rəhbər heyətinə məşqin təşkili və keçirilməsi metodikasının göstərilməsi,...

26 oktyabr 2018-ci il

22-26 oktyabr 2018-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş voleybol üzrə çempionat keçirilmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr