Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

19 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 16 noyabr 2018-ci il tarixində Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbinin müəllim və şagirdləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

16 noyabr 2018-ci il

FHN Bakı Regional Mərkəzi cari payız-qış mövsümünə hazırlıq çərçivəsində 16 noyabr 2018-ci il tarixində Xətai rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir.

16 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 15-16 noyabr 2018-ci il tarixlərində Nazirliyin əməkdaşları arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə çempionat keçirilimişdir.

16 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 15 noyabr 2018-ci il tarixində Xırdalan şəhər 23 nömrəli uşaq bağçasında “Uşaq hüquqları aylığı” çərçivəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

16 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 15 noyabr 2018-ci il tarixində Heydər Əliyev adına Neft Emalı Zavodunun 11 saylı sahəsində  "Neft məhsulları saxlanılan rezervuar parklarında yanğınların söndürülməsi" mövzusunda    yanğın-taktiki təlim keçirmişdir.

15 noyabr 2018-ci il

Noyabrın 15-də FHN-in Akademiyasında Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilmışdir.

15 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 15 noyabr 2018-ci il tarixində Azərbaycan Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu keçirmişdir.

14 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 14 noyabr 2018-ci il tarixində Siyəzən şəhər 3 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

14 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 14 noyabr 2018-ci il tarixində Abşeron rayonu M. Ələkbərov adına Saray qəsəbə 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

14 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 14 noyabr 2018-ci il tarixində Samux rayonu Əhmədbəyli kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr