Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də “Mehmanxanalarda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.

Təlim mehmanxanalarda yanğın baş verərkən texniki heyətin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğın zamanı vəziyyətin qiymətləndirilməsini, döyüş hərəkətlərinin həlledici istiqamətlərə yönəldilməsini məşq edilməsi məqsədilə təşkil olunub. Təlimdə vəzifəli şəxslərin yanğın yerinə gələnə qədər texnikanın qarşılanması, yerləşdirilməsi və onların idarə olunması, əməliyyat sənədlərinin hazırlanması, yanğın zamanı rabitənin təşkili, ilkin hərəkətlər, həmçinin döyüş əməliyyatlarının aparılması zamanı şəxsi heyətin texniki təhlükəsizlik qaydalarına riayət etməsi də diqqət mərkəzində olub.

Təlimdən əvvəl "Yanğından mühafizə xidmətində rəis heyətinin taktiki hazırlığı üzrə Təlimat"ın tələblərinə uyğun olaraq, “Bilgah Beach Hotel”in ərazisinin əməliyyat-taktiki xüsusiyyətlərinin, mövcud rabitə vasitələrinin, su təchizatının öyrənilməsi, bu tip obyektlərdə baş verə biləcək yanğınların söndürülməsinin təşkili və taktikasının təhlil edilməsi, cəlb ediləcək qüvvə və vasitələrin təyin edilməsi, şəxsi heyətin hazırlığı və təlimin maddi-texniki təchizatının təmin olunması ilə bağlı zəruri tədbirlər həyata keçirilib. “Bilgah Beach Hotel”in texnoloji prosesi, mühafizə olunan obyektin konstruksiyalarının yanğın təhlükəliliyi və obyektin digər mühüm əhəmiyyətli xüsusiyyətləri öyrənildikdən sonra yanğın-taktiki təlim plan üzrə icra edilib.

Yanğın-taktiki təlim yekunlaşdıqdan sonra əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə edilib, şəxsi heyətin bacarıqları qiymətləndirilib. Ümumilikdə qarşıya qoyulan məqsədlərə nail olunub.

 

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu