Geri

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Yevlax və Göyçay rayonlarının İcra Hakimiyyəti rəhbərlərinin təşəbbüsü ilə qərargahlarda adı çəkilən rayonların əsas xidmət strukturlarının təmsilçiləri, icra hakimiyyəti nümayəndələri, bələdiyyə sədrləri, habelə digər aiddiyyəti şəxslər təmsil olunub.

İyunun 16-da Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin rəhbərliyi ilə Yevlax şəhərində, iyunun 17-də isə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin iştirakı ilə Göyçay şəhərində qərargahların üzvləri ilə videokonfranslar keçirilib. Videokonfranslarda taxıl və dənli bitkilərin biçin mövsümü ilə bağlı yanğın təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətindən danışılıb və cari məsələlər müzakirə olunub.

Hər iki videokonfransda FHN DYNX Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair çıxışı dinlənilib, yanğınların baş verməməsi üçün əsas istiqamətlər konfrans iştrakçılarının nəzərinə çatdırılıb.

Videokonfranslarda FHN-in yanğın təhlükəsizliynə dair tövsiyələri diqqətə çatdırılaraq əhalinin aidiyyəti qurumlar tərəfindən maarifləndirilməsi istiqamətində işlərin gücləndirilməsinin, əkin sahələrində yanğına qarşı tədbirlərin tam yerinə yetirilməsinin, texnikaların texniki baxışdan keçirilməsinin və yanğına qarşı alət və vasitələrlə tam təchiz olunmasının vacibliyi vurğulanıb.

 

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də “Mehmanxanalarda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib....

Ardını oxu