Geri

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun rəhbərliyi ilə keçirilən iclasda dünyanı sarsıdan “COVID-19” pandemiyasının qarşısının alınması və onun ölkə iqtisadiyyatına vurduğu fəsadların minimuma endirilməsi, vətəndaşların sosial rifah halının daha da gücləndirilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında görülmüş işlər, həmçinin, Heydər Əliyev Fondunun bu sahədə verdiyi böyük töhfələr yüksək qiymətləndirilib. İttifaqın sədri Mehman İsmayılov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında görülmüş işlər, qabaqlayıcı tədbirlər pandemiyanın ölkəmizdə geniş vüsət almasının qarşısını almağa imkan verdi. “Təsadüfü deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirib və Azərbaycanı nümunəvi ölkə adlandırıb”.

Natiq çıxışında bildirib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə, imzaladığı sərəncamlara uyğun olaraq həssas təbəqələrə sosial dəstək verilib, birdəfəlik ödənişlər ayrılıb, ictimai iş yerlərinin sayı artırılıb, həm də koronavirus təhlükəsi, karantin rejimi ilə bağlı fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə yardımlar olunub.

Mehman İsmayılov çıxışında vurğulayıb ki, “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu yüz mindən artıq ailəyə yardım paylayıb. Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “150 Çağrı mərkəzi”nə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilib.

Nazirlik tərəfindən görülən işlərə toxunan natiq, həmçinin, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqəli şəkildə gördüyü tədbirlərdən də söz açıb.

Daha sonra iclasda karantin rejimi dövründə həmkarlar ittifaqı komitələrinin fəaliyyəti müzakirə olunub və onların fəaliyyət istiqamətləri müəyyənləşdirilib, gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul edilib.

 

 

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu