Geri

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə xidmətin təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin və peşə hazırlığının daha da yüksəldilməsi, baş vermiş yanğınların qarşısının az itkilərlə alınması və operativ söndürülməsi istiqamətində Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayon DYM hissələrinin xidməti fəaliyyəti təhlil edilib. Müşavirədə 2020-ci ilin 4 ayı ərzində əməliyyat-xidmət fəaliyyətinin nəticələri və eləcə də baş vermiş yanğınların statistik nəticə və göstəriciləri müzakirə olunaraq 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ötən dövrü ərzində yanğınların sayının artdığı bildirilib. Qeyd olunub ki, yanğınların sayının artmasına səbəb açıq sahələrdə baş vermiş yanğınlardır.

Toplantıda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov acıq sahələrdə yanğınların sayının artmasını ciddi narahatçılıq doğuran hal kimi qiymətləndirərək bu sahədə müvafiq qurumlarla birgə aidiyyəti üzrə zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Xidmət rəisi dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü zamanı yanğından mühafizə qurumlarının üzərinə düşən vəzifələrdən də danışaraq müvafiq tapşırıqlar verib.

Tədbirdə yay fəslinin gəlməsi ilə əlaqədar meşələrdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün müvafiq qüvvə və vasitələrin hazırlıq vəziyyətinin nəzərdən keçirilməsi, nasaz yanğınsöndürmə alət və avadanlıqların vaxtında təmir edilməsi və eləcə də yeniləri ilə əvəzlənməsi, yerli icra və bələdiyyə nümayəndələri, təsərrüfat rəhbərləri ilə yanğına qarşı müvafiq maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Şimal bölgəsində keçirilən müşavirədə ölkədə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq fasiləsiz fəaliyyət göstərən dövlət müəssisələrindən olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin hissə və bölmələrində bundan sonra da ehtiyat tədbirlərinin gücləndirilməsinin, bu məqsədlə xüsusi lisenziya ilə fəaliyyət göstərən ixtisaslaşmış xidmətlərlə birlikdə sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsinin, əməkdaşların daha çox təmasda olduğu ərazilərdə, o cümlədən yanğınsöndürmə növbəsi, sinif, istirahət otaqlarında, qarajda, giriş-çıxış qapılarında dezinfeksiya işlərinin davam etdirilməsinin, şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılmasının vacibliyi vurğulanaraq müvafiq göstərişlər verilib.

Müşavirədə DYMX-nin şöbə rəisləri tərəfindən DYM hissələrinin rəislərinə hissə və bölmələrdə xidmətin təşkili və peşə hazırlığı, yanğın texnikalarının istismarının təşkili və digər aidiyyəti məsələlərlə bağlı tövsiyələr verilib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu