Geri

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə “Rusiya Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə xidmətinin müasir mərhələsi, dağ və dəniz xilasetmə texnologiyasının gələcək inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirə MDB-yə üzv ölkələrlə yanaşı bir sıra Avropa ölkələrinin fövqəladə hallarla mübarizəyə cavabdeh olan nazirlik və qurumlarının nümayəndələri qatılıblar. Konfransda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli də iştirak edib.

Konfransı giriş sözü ilə açan Rusiya Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Qurumları Departamentinin rəhbəri general-leytenant İqor Kutrovski tədbirin əhəmiyyətindən danışaraq son illər dünyada baş vermiş təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizənin gücləndirilməsinin və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Natiq nazirliyin müvafiq qüvvə və vasitələrinin qonşu ölkələrdə baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən də bəhs edib.

Konfransda çıxış edənlər beynəlxalq əməkdaşlıq çərçivəsində bu tədbirin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin mühümliyindən bəhs ediblər. Tədbir iştirakçıları axtarış-xilasetmə işlərinin prinsipləri haqqında müzakirələr aparıb, dağ-meşə massivində və su hövzələrində xilasetmə işləri ilə bağlı suallara cavab tapmağa çalışıblar. Almaniya Federativ Respublikasının Fövqəladə hallar zamanı vətəndaşların müdafiəsi və xilası Federal idarəsinin rəis müavini Hersoq Tomas Kristian, Fransanın Respublikasının “EscapeInternational” şirkətinin texniki mühəndisi Hari Bertrand axtarış-xilasetmə tədbirləri üçün istehsal olunan xüsusi avadanlıqların əhəmiyyətinə toxunublar.

Konfrans zamanı iştirakçılar Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş sərgi ilə də tanış olublar. Sərgidə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional axtarış-xilasetmə dəstələrinin xilasetmə və yanğınsöndürmə texnikası, qəza xilasetmə avtomobilləri və digər texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kurslarının komplektləşdirmə planına əsasən, martın 2-dən 6-dək...

Ardını oxu