Geri

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib. Yarışda 10 ölkəni təmsil edən 50 komandadan 900-ə yaxın idmançı mübarizə aparıb. Fövqəladə Hallar Nazirliyi İdman –sağlamlıq mərkəzinin karate üzrə komandası həmin çempionatda məşqçi- müəllim Coşqun Sadıqovun rəhbərliyi altında yüksək nəticə göstərib. Yarışda Məmmədli Malik +28 kq , Hacıyeva Fatma -30 kq, Səfərov Əli -30 kq çəki dərəcələrində 1-ci yerə, Kamranlı Kamran -38 kq, Nağıyev İlyas -67 kq çəki dərəcələrində 2-ci yerə layiq görülüblər.

Komanda-kumite döyüşlərində 6-7 yaşlı idmançılar arasında Məmmədli Malik, Mustafazadə Ramazan, Məmmədli Ümüd, 10-11 yaşlı karateçilərin mübarizəsində Səfərov Əli, Əliyev İbrahim, Salayev Arif 2-ci yerə layiq görülüblər. Zamanlı Könül -20 kq , Mustafazadə Ramazan -20kq , Hacıyeva Vəsilə - 42 kq , Baratzadə Mədinə- 47 kq çəki dərəcələrində 3-cü yerə çıxıblar.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kurslarının komplektləşdirmə planına əsasən, martın 2-dən 6-dək...

Ardını oxu