Geri

Gədəbəy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib

28 fevral 2020-ci il tarixində Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gədəbəy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib. Müşavirədə rəhbər şəxslər, rayon fəalları, icra hakimiyyətinin nümayəndələri və bələdiyyə üzvləri iştirak ediblər.

Çıxış edənlər rayon ərazisində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilmə vəziyyəti, eləcə də kənd yaşayış evlərində, həyətyanı sahələrdə yığılan ot tayalarında və tövlələrdə baş verən yanğınların səbəbləri, bu yanğınların qarşısının alınması üçün görüləcək tədbirlər haqqında danışıblar. Tədbirdə dəm qazı təhlükəsi ilə bağlı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi barədə də ətraflı müzakirələr aparılıb.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu