Geri

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran Dövlət Universitetində mərkəzləri 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda tədbir keçirilib. Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub regional Dövlət Yanğın Nəzarəti idarəsinin, DYMX-nin Lənkəran rayon Dövlət Yanğından Mühafizə hissəsinin, KHGNSXDX-nin Cənub Regional şöbəsinin, Lənkəran rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, Lənkəran Dövlət Universitetinin kollektivi iştirak edib.

Tədbirdə fövqəladə hallar zamanı necə davranış qaydaları izah edilib, təcili və təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, fərdi mühafizə vasitələri, əhalinin təxliyyəsi, havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizəyə dair söhbət aparılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi əhatə etdiyi rayonlarda 1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbirlər keçirib. Həmçinin Gəncə ASAN xidmət Mərkəzində nümunəvi Mülki müdafiə tədbiri təşkil olunub.

Tədbirlərin keçirilməsində məqsəd kollektivin diqqətini mülki müdafiə işlərinin vacibliyinə yönəltmək, eləcə də fövqəladə hadisələrin qarşısını alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işləri qiymətləndirmək olub.

Toplantılarda iştirak edən müəssisənin əməkdaşlarına Ümumdünya Mülki Müdafiə Günü, təbii və texnogen mənşəli fövqəladə hadisələr haqqında məlumatlar verilib, mövzulara aid videoçarxlar, fotoslaydlar nümayiş olunub.

Sonda iştirakçılara Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları tərəfindən xilasetmə alət və avadanlıqları haqqında məlumat verilib.

***

FHN-in Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayon İcra Hakimiyyətidə nümunəvi, Qəbələ şəhər 2 nömrəli və Oğuz şəhər 3 nömrəli tam orta məktəblərində nəzəri maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə məruzəçilər tərəfindən “1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür”, “Uşaqların təhlükəsizliyi-bizim məsuliyyətimiz!”, “Məktəblərdə mülki müdafiəyənin təşkili”, “Fövqəladə hallar haqqında ümumi məlumat” mövuzlarında çıxışlar edilib.

Daha sonra iştirakçılara bu sahədə maarifləndirici və təbliğat xarakterli tədbirlərin əhəmiyyətindən danışılıb, əhalinin fövqəladə hallara hazırlanması, özünə və digərlərinə ilk tibbi yardımın göstərilməsi, mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları və digər bu kimi zəruri mövzulara dair məlumatlar verilib, həmçinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlər zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyaları izah edilib. Toplantılarda müvafiq rayon icra hakimiyyətlərinin, təhsil şöbələrinin məsul işçiləri və məktəblilər iştirak edib.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Salyan rayon Aşağı Noxudlu kənd, Neftçala rayon 2 nömrəli, Şirvan şəhər 16 nömrəli və Hacıqabul rayon 7 nömrəli tam orta məktəbində 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirlər keçirib.

Tədbirlər müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması məqsədilə təşkil edilib.

İştirakçılara Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumatlar verilib, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin əhəmiyyətindən danışılıb,.

Tədbirin gedişində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında videoçarx nümayiş etdirilib, suallar cavablandırılıb.

***

FHN Qarabağ Regional Mərkəzinin xidməti ərazilərində fəaliyyət göstərən Ağdam rayon Quzanlı, Ağcabədi şəhər 3 nömrəli, Tərtər şəhər 1 nömrəli, Beyləqan şəhər 6 nömrəli tam orta məktəblərində, Laçın rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon Mərkəzi Xəstəxanasında, Füzuli rayonu Mülicə-Diaqnostika Mərkəzində, Xocavənd rayonu Salakətin kənd tam orta məktəbində 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə Mülki Müdafiə gününün keçirilmə tarixi haqqında danışılıb, “1 mart - Ümumdünya Mülki Müdafiə Günüdür”, “Azərbaycan Respublikasının Mülki müdafiə sistemi”, “MM və hər bir evdə ilk yardım edən” mövzularında məruzələr edilib. Məruzəçilərin çıxışlarında Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri, 1 mart - Ümumdünya Mülki Müdafiə Günü və onun qeyd edilməsinin məqsədi, Azərbaycan Respublikasının Beynəlxalq Mülki müdafiə Təşkilatına üzvlüyü, Azərbaycan Respublikasının Mülki müdafiə sistemi, eləcə də Mülki Müdafiə sahəsində təbliğat və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması haqqında ətraflı məlumatlar veriblər. Çıxışlarda maarifləndirici və təbliğat xarakterli tədbirlərin məqsədinin əhalinin yarana biləcək fövqəladə hallara hazırlanması, fövqəladə hallar zamanı davranış qaydalarına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə köməklik göstərilməsi xarakteri daşıdığı bildirilib.

Məruzəçilər ölkə əhalisinin təhlükəsizliyini özünün əsas vəzifəsi hesab edən Azərbaycan Dövlətinin insanların təhlükəsiz şəraitdə yaşaması üçün lazımi tədbirlərin uğurla həyata keçirdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli müvafiq sərəncamına əsasən respublikamızda təbii fəlakətlərin, texnogen mənşəli qəzaların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunması, ölkədə mülki müdafiə işinin təşkili və həyata keçirilməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yaradılmasının əhəmiyyətini qeyd ediblər. Tədbirlərdə müvafiq rayon icra hakimiyyətlərinin, rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəblərin kollektivi iştirak ediblər.

Yekunda iştirakçılara mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları, ilkin tibbi yardım, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqda ətraflı məlumatlar verilib, həmçinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlər zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyaları izah edilib

***

FHN-in Bakı Regional Mərkəzi Səbail rayon 132-134 nömrəli Təhsil Kompleksində “Ümumdünya mülki müdafiə günü”nə həsr olunmuş “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda nümunəvi tədbir keçirib.

Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə yanaşı, Səbail rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, Ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti və 132-134 nömrəli Təhsil Kompleksinin müəllim və şagird heyəti iştirak edib.

Nümunəvi tədbir zamanı Bakı Regional Mərkəzinin Xüsusi xilasetmə xidmətinin xilasediciləri tərəfindən xilasetmə texnika və avadanlıqları nümayiş etdirilib, onların təyinatı və iş prinsipləri barədə məlumat verilib.

Bundan əlavə, tədbirdə ərazi mülki müdafiə qüvvələrinə baxış keçirilib, texnika, əmlak və avadanlıqlar nümayiş etdirilib.

Praktik nümayişlərdən sonra Mərkəzin əməkdaşları mülki müdafiə günü ilə bağlı təşkil olunmuş “açıq dərs”lərdə iştirak ediblər.

Qeyd edək ki, Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı paytaxtın digər məktəblərində, müxtəlif müəssisə və təşkilatlarda tədbirlər təşkil olunub, əhalinin maarifləndirilməsi istiqamətinə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumatlar verilib, eləcə də xilasetmə texnika və avadanlıqları nümayiş etdirilib.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birgə Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbində, Sumqayıt Texnologiyalar Parkında, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında, Xızı şəhər tam orta məktəbində, Abşeron rayon Masazır 3 və 4 nömrəli tam orta məktəblərində 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirlər keçirib. Tədbirlərin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb edilməsi olub.

Tədbirlərdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə, praktiki məşğələyə start verilib. Məşğələ zamanı məktəbdə şərti olaraq baş verən yanğın Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən lokallaşdırılaraq söndürülüb. Həmçinin şərti olaraq baş vermiş zəlzələ zamanı müəllim və şagird heyətinin təxliyəsi və köçürülməsi həyata keçirilib. “Xəsarət alanlar” Sumqayıt Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasediciləri tərəfindən dağıntılar altından çıxarılıb. Şərti zərərçəkənlərə isə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra aidiyyətı üzrə təhvil verilib.

Sonra tədbirlərdə mülki müdafiə gününə həsr olunan "açıq dərs"lər keçirilib. Dərslərdə şagirdlər zəlzələlər, torpaq sürüşmələri, qaz partlamaları, vulkanlar, yanğınlar və s. mövzularda öz biliklərini ifadə ediblər.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və qurumları haqqında sənədli film nümayiş olunub.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu