Geri

FHN “Bakı Metropoliteni” QSC-də təlim-məşq keçirib

28 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC ilə razılaşdırılmış cədvələ əsasən, metronun “Sahil” stansiyasında təlim-məşq keçirib.

“Sahil” stansiyasının eskalatorunun yüksək gərginlikli kabel xəttində şərti yanğın hadisəsinin söndürülməsi təlim-məşqin əsas mövzusu olub.

Şərti yanğın hadisəsi barədə FHN-in “112” qaynar xətti”nə məlumat verilib və metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb.

Sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın avtomobilləri və canlı qüvvəsi gələrək qısa zaman kəsiyində şərti yanğını söndürüb.

Təlim-məşq başa çatdıqdan sonra FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış, metropolitendə yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları bir daha izah edilib.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu