Geri

FHN-in Mülki müdafiə qoşunları maarifləndirmə tədbiri keçirib

27 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində Lənkəran şəhər Gənclər və İdman Baş idarəsinin, eləcə də Lənkəran Dövlət Humanitar Kolleci tələbələrinin və Lənkəran rayonu Sütəmordov kənd orta məktəbinin şagirdlərinin təmsil olunduqları “Şahinlər” komandalarının birgə iştirakı ilə maarifləndirici tədbir keçirilib.  

Hərbi hissənin sıra meydanında düzülən iştirakçılara mülki müdafiə haqqında nəzəri biliklər verilib. İştirakçılara 1 Mart – Beynəlxalq Mülki Müdafiə Gününün yaranması, nazirliyin Mülki müdafiə qoşunlarının fəaliyyəti və xilasetmə avadanlıqları haqqında ətraflı məlumat verilib. Sonra iştirakçılara təlim nöqtələrinin açılması, zərərçəkmişlərin xilas edilməsi, onlara ilk tibbi yardımın göstərilməsi və s. bu kimi praktik tapşırıqlar verilib. Tədbirə cəlb olunmuş məktəbli gənclər fərdi mühafizə vasitələri, mühəndis istehkam qurğuları ilə tanış olublar.

Bildirilib ki, təbii fəlakətlərin və texnogen qəzaların tez-tez baş verdiyi müasir dünyada mülki müdafiə işinin, mülki əhalinin təxliyəsinin təşkil edilməsi, elecə də zərərçəkmiş insanların mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə bu kimi maarifləndirici tədbirlərin keçrilməsi xüsusilə əhəmiyyətlidir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu