Geri

FHN-in Regional mərkəzlərində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib

26 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.

Əvvəlcə tədbirlərdə Xocalı soyqırımı nəticəsində şəhid olanlar bir dəqiqəlik sükutla yad ediliblər.

Daha sonra natiqlər çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verərək, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd ediblər.  

Çıxış edənlər tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktları törədilməsini, erməni separatçıları tərəfindən yüz minlərlə azərbaycanlını öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qoyaraq, kütləvi surətdə qətlə yetirmələri, öz torpaqlarından deportasiya etmələrini vurğulayıblar. Qeyd edilib ki, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub və Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis ilk dəfə bu məsələyə hüquqi-siyasi qiymət verib. Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var.

Anım tədbirlərində Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş olunub. 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu