Geri

FHN-in İdman-sağlamlıq Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

26 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri kecirilib.

Əvvəlcə, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in İdman-sağlamlıq Mərkəzinin  rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, Azərbaycan xalqı son 200 il ərzində erməni şovinistləri tərəfindən davamlı olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Ötən əsrin ən böyük və qanlı faciələrindən olan Xocalı soyqırımı da həmin qeyri-insani siyasətin nəticələrindən biridir.

Füzuli Musayev Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. O, qeyd edib ki, tarixin ən dəhşətli soyqırımı aktlarından olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

Sonra FHN-in İdman-sağlamlıq Mərkəzinin hüquqşunası Həmid Məmmədov Xocalı soyqırımı haqqında ətraflı çıxış edib.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu