Geri

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Xocalı Soyqırımı abidəsini ziyarət edib

25 fevral 2020-ci il tarixində Xocalı Soyqırımının 28-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, ittifaqın aparatı işçiləri, FHN-in qurumlarında fəaliyyət göstərən bir qrup həmkarlar ittifaqı komitəsi sədrləri və fəal üzvləri Xətai rayonunda yerləşən Xocalı Soyqırımı abidəsini (“Ana Harayı”) ziyarət edərək abidə önünə tər qərənfillər qoyublar.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edərək, tarixdə insanlığa qarşı misli görünməmiş insanlıq soyqırımı törədiblər.

Erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı törədilən bu qırğın nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib ki, bunlardan 63 nəfəri uşaq, 106-sı qadın və 70 nəfəri isə qocalar olub. 76 nəfəri uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 8 ailə tamamilə məhv edilib. İtkin düşmüş 150 nəfərin taleləri barədə bu günə qədər heç bir məlumat yoxdur.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə davamlı olaraq addımlar atılır.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu