Geri

FHN-in Mülki müdafiə qoşunları maarifləndirmə tədbiri keçirib

24 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənclərin mülki müdafiə üzrə maarifləndirilməsi məqsədilə Gəncə şəhər Gənclər və idman Baş idarəsinin, Gəncə şəhər Təhsil idarəsinin kollektivinin, eləcədə Gəncə şəhərindəki orta ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin “Şahinlər” komandalarının iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbir iştirakçılarına hərbi hissənin zabitləri tərəfindən mülki müdafiə haqqında nəzəri biliklər verilərək onlara təlim nöqtələrinin açılması, zərərçəkmişlərin xilas edilməsi, ilk tibbi yardımın göstərilməsi və s. bu kimi praktik tapşırıqlar verilib. Tədbirə cəlb olunmuş məktəbli gənclər fərdi mühafizə vasitələri, mühəndis istehkam qurğuları ilə tanış olub və onlara bu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təbii fəlakətlərin və texnogen qəzaların tez-tez baş verdiyi müasir dünyada mülki müdafiə işinin, mülki əhalinin təxliyəsinin təşkil edilməsi, eləcə də zərərçəkmiş insanların mənəvi–psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə bu kimi maarifləndirici tədbirlərin keçrilməsi xüsusilə əhəmiyyətlidir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu