Geri

FHN-in Sumqayıt Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

17-21 fevral 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, “Gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Kurslarda əhalinin baş vermiş və ya  baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, ilk tibbi yardımın göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.

Kurslarda dinləyicilərə Sumqayıt Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin texnikaları və avadanlıqları nümayiş olunaraq, onların iş prinsipi haqqında dərslər keçirilib.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu