Geri

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti xüsusi-taktiki təlim keçirib

21 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə metronun “Azadlıq” stansiyasında “Xidmətin xilasedici qruplarının çağırış zamanı hərəkətləri” mövzusunda xüsusi-taktiki təlim keçirib.

Təlim əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyətinin xəbərdaretmə sxeminə uyğun olaraq müəyyən edilmiş vaxt çərçivəsində təyin olunmuş ərazidə toplanışının yoxlanılması, xilasetmə və mühafizə işlərinin təşkili sahəsində təcrübələrinin artırılması, şəxsi heyətin Metropolitendə xilasetmə, mühafizə və ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi sahələri üzrə (real şəraitə uyğun olaraq) praktiki bilik və bacarıqlara daha dərindən yiyələnməsinə nail olmaq məqsədilə keçirilib. Həmçinin təlimin keçirilməsində məqsəd xilasetmə və mühafizə işlərinin təşkilində komandirlərin bacarıqlarının və qərargahın uzlaşmasının praktiki fəaliyyətdə yoxlanılmasından, metro stansiyalarında partlayıcı qurğuların zərərləşdirilməsi prosesinin öyrənilməsindən ibraət olub. Bundan əlavə, stansiyalarda və hərəkət qatarlarında axtarış və qəza-xilasetmə işlərinin aparılması zamanı Xidmətin və “Bakı Metropoliteni”nin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi əsas məqsədlərdən biri olub.

Təlimin planına əsasən, ilkin olaraq Xidmətin idarə və dəstələrinin hazırlıq vəziyyətinə gətirilərək təlim üzrə sənədlərin dəqiqləşdirilməsi və hadisə yerinə yürüş həyata keçirilib.  Hadisə yerində komanda-qərargah məntəqəsi və tibb məntəqəsi yaradılıb, şərti fövqəladə hallar rayonuna çatan mühafizəçilər Metropolitenin əməkdaşları ilə birlikdə stansiyanın ərazisini mühafizə edib, kənar şəxslərin stansiya ərazisinə daxil olmasının qarşısını alıblar.

Şərti baş vermiş hadisə yerinə çatmaq üçün xilasedicilər stansiya rəisinin göstərişlərinə uyğun olaraq təyin edilmiş bələdçilərlə hərəkət edərək, hadisə yerinə çatdıqdan sonra kəşfiyyat işlərinə başlayıblar.

Ən müasir xüsusi geyimlərlə və avadınlaqlarla təchiz olunmuş xilasedicilər tərəfindən kəşfiyyat zamanı qatarın relsdən çıxaraq şərti qəzaya uğraması, çoxlu sayda sərnişinlərin xəsarət alması barədə qrup komandirlərinə məlumat verilib. Məlumat verildikdən sonra xilasedicilər dərhal xilasetmə işlərinə başlayıb, xilasetmə alət və avadanlığından istifadə edərək şərti qəzaya uğramış qatardan zərərçəkmişləri çıxararaq onlara ilk tibbi yardım göstərib və xərəklər vasitəsilə metropolitenin şəxsi heyəti ilə birlikdə təxliyə işlərini həyata keçiriblər.

Xüsusi-taktiki təlimin yekunu olaraq xilasedici, pirotexnik-istehkam qrupları qəza-xilasetmə işləri sona çatdıqdan sonra kinoloqlarla birlikdə hadisə yerinə təkrar baxış keçirərək komanda-qərargah məntəqəsinə məruzə ediblər.

Təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu