Geri

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçiriblər

18 fevral 2020-сi il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Beyləqan rayon Qəhrəmanlı kəndində fəaliyyət göstərən Cəbrayıl rayon Dağtumas kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Oğuz rayon Çaldaş kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə müvafiq regional dövlət yanğın nəzarəti idarələrinin əməkdaşları, məktəblərin kollektivi və təhsil şöbələrinin nümayəndələri də iştirak ediblər.

Maarifləndirmə xarakterli toplantılar müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilib.

Tədbirlərdə “Zəlzələ”, “Dəm qazı”, “Çovğun zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “112” qaynar xətti”nə müraciət qaydaları” mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş etdirilib.

Görüşlərin sonunda suallar cavablandırılıb, maarifləndirici çap materialları paylanılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu