Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 fevral 2020-ci il tarixində Cəlilabad şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Təhsil şöbəsinin əməkdaşları və məktəbin kollektivi iştirak edib.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilib, dəm qazı təhlükəsinin qarşısının alınması yolları barədə, eyni zamanda “112” qaynar xətti” haqqında məlumat verilib, mövzulara dair fotoslaydlar nümayiş olunub.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarına videoçarx nümayiş olunub, maarifləndirici yaddaş kitabçaları paylanılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu