Geri

FHN-in Sumqayıt Regional Mərkəzi Qubadlı rayon Təhsil Şöbəsi ilə birgə maarifləndirmə tədbiri keçirib

13 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin, Qubadlı rayon Təhsil Şöbəsinin təşkilatçılığı və yerli qurumların iştirakı ilə Qubadlı rayon C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin və Təhsil Nazirliyinin əməkdaşları, FHN Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Qubadlı rayon İcra Hakimiyyətinin, Qubadlı rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə ilk öncə təhlükəsizlik qaydalarını əks etdirən sərgiyə baxılıb, daha sonra bununla bağlı videoçarxlar nümayiş olunub.

Bunula yanaşı, "Fövqaladə hallarla bağlı davranış qaydaları” mövzularında çıxışlar edilib, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda məktəb şagirdləri və FHN əməkdaşları ilə birgə yanğın zamanı görüləcək tədbirlər əyani nümayiş olunub.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu