Geri

Fövqəladə Hallar Nazirliyi maarifləndirici təlim keçirib

14 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin birgə təşkilatçılığı ilə, Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib. FHN-in müvafiq canlı qüvvə, texnika və avadanlıqlarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəb kollektivinə yanğın zamanı təhlükəsiz davranış  qaydalarının aşılanması, o cümlədən yanğın zamanı təxliyyə prosesini nümayiş etdirmək olub.

Təlimdən əvvəl məktəbin müəllim və şagird kollektivinə yanğın təhlükəsizliyinə, eləcə də yanğın zamanı təxliyyəyə dair müvafiq maarifləndirici məlumatlar verilib.

Sonra təlimdə şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb. Məktəbdə təxliyyə planına uyğun olaraq şagird və müəllimlərin təhlükəsiz yerə təxliyyəsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

Təlimin sonunda zəlzələ zamanı məktəblilərə təxliyyə qaydalarına dair videoçarx nümayiş etdirilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu