Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

31 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 102 saylı Samux-Şəmkir Seçki Dairəsi Dairə Seçki Komissiyasında, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi 50 saylı Abşeron-Qobustan Seçki Dairəsinin 24 və 25 saylı məntəqələrində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi 26 saylı Sabunçu Birinci Seçki Dairəsinin 28 və 29 saylı seçki məntəqələrində, 27 saylı Sabunçu İkinci Seçki Dairəsinin 10, 11 və 23 saylı seçki məntəqələrində, 28 saylı Sabunçu İkinci Seçki Dairəsinin 18 saylı seçki məntəqəsində, 14 saylı Xəzər Seçki Dairəsinin 10, 12, 22, 24 və 25 saylı seçki məntəqələrində, 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 8 saylı seçki məntəqəsi və 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi Dairə Seçki Komissiyasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Zərdab rayon Şıxbağı kənd tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi 66 saylı Biləsuvar Seçki Dairəsinin 3 saylı seçki məntəqəsində, 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Mərkəzi Kitabxanasında, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən tam orta məktəbdə, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən şəhər Kommunal Müəssisələr Kombinatında, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Qax şəhər 112 saylı Seçki Dairəsi Dairə Seçki Komissiyasında, həmin dairənin 23,  58, 24, 25, 26 saylı 30 və 31 saylı seçki məntəqələrində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu