Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının plenumu keçirilib

31 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 2019-cu ilin yekunlarına həsr olunmuş plenumu keçirilib.

Plenumda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, nazirliyin Mərkəzi Aparatında, regional mərkəzlərində və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrləri iştirak ediblər.

Plenumda Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun 2019-cu ildə görülən işlər haqqında geniş hesabat məruzəsi dinlənilib.     

M.İsmayılov bildirib ki, Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib, nazirliyin əməkdaşlarının mədəni istirahəti və asudə vaxtlarını mənalı keçirməsi istiqamətində işlər görülüb. Nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün 31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Novruz bayramında şənliklər təşkil edilib. 2 fevral - Gənclər Günü, 8 Mart - Beynəlxalq Qadınlar Günü və digər bayramlarda, həmçinin vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş əməkdaşlar Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

İttifaq üzvlərinin sağlamlığını qorumaq və qurumlararası əlaqələri intensivləşdirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə 13 idman növü üzrə keçirilən yarışlara dəstək göstərilib.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı hər il olduğu kimi  “Gənc xilasedici” VII Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən”  VIII Ümumrespublika birinciliyində, “Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika uşaq yaradıcılıq müsabiqəsinin təşkilində yaxından iştirak edib, nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə dəstək olub, maddi durumu çətin olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım göstərib.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbirə də Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən dəstək göstərilib. Həmçinin FHN Akademiyasının Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Xəmsə” intelektual bilik yarışına öz dəstək verilib.

Hər il olduğu kimi, bu ildə də ittifaqımızın fəaliyyətində əsgərlərlə görüş əsas prioritet vəzifələrdən biri olub. İl ərzində Mülki Müdafiə Qoşunlarının Bərdə və Qəbələdə yerləşən hərbi hissəsində, həmçinin Müdafiə Nazirliyinin Ağdamda yerləşən hərbi hissənin ön cəbhədə xidmət aparan əsgərləri ilə görüş təşkil edilib. Hər bir tədbirdə  Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgərlərə bayram sovqatı və xatirə hədiyyələri təqdim olunub.

12-13 dekabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ititifaq üzvü olan, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaşların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzinə ziyarətləri təşkil  olunub.

İl ərzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının beynəlxalq əlaqələrini inkişaf etdirmək, beynəlxalq təcrübəni öyrənmək və təcrübə mübadiləsini yaratmaq məqsədilə bir çox işlər həyata keçirilib. Belə ki, 2019-cu ilin noyabr ayında Belçikanın İctimai Xidmətlər üzrə Çoxkateqoriyalı Federasiyası ilə əməkdaşlığın yaradılmasına köməklik göstərilməsi məqsədilə Belçika Krallığının ölkəmizdəki səfirinin müşaviri Denis Naets ilə görüş keçirilib. Həmçinin həmin ərəfədə ittifaqın dəvəti ilə Türkiyənin Bayındır Memur-Sen Həmkarlar Təşkilatının nümayəndələri Bakıda qonaq olub, iki ölkənin müvafiq həmkarlar təşkilatları arasında qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Hesabat məruzəsi dinlənildikdən sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov ittifaqın il ərzində gördüyü işlərə münasibətini bildirib, görülən işləri yüksək qiymətləndirib.

Sonda, ittifaqın  digər illik cari məsələləri müzakirə olunub.

Hesabat iclası bitdikdən sonra Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Pənah Məhərrəmova 70 illik və Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Azad Kərimova 60 illik yubileyi münasibətilə Fövqəladə Hallar Nazirliyi  işçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanları təqdim edilib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu