Geri

FHN Akademiyasında Gənclər Günü münasibətilə tədbir kecirilib

31 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə, Akademiyanın rəisi general-mayor Baba Salayev gəncləri bayram günü münasibətilə təbrik edib. O, bildirib ki, gənclər siyasəti ulu öndər Heydər Əliyevin fəaliyyətində daim diqqət mərkəzində olub. Gənc nəslin inkişafına daha çox diqqət yetirən Ümummilli Lider onların imkan və bacarıqlarını yüksək qiymətlədirərək, çıxışlarında ölkənin gələcək müqəddəratı və inkişafının məhz indiki gənclərdən asılı olacağını deyib.

Akademiyanın rəisi çıxışına davam edərək ötən müddət ərzində gənc nəslin düzgün yetişdirilməsi istiqamətində mühüm işlər görüldüyünü, Ulu Öndərin arzuladığı sağlam, vətənpərvər, intelektli gənclik formalaşdığını diqqətə catdırıb. B.Salayev qeyd edib ki, əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun ölkə prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi gənclər siyasəti istiqamətində görülən işlərin uğurla reallaşmasına şərait yaradır. Bu gün gənclərin milli-mənəvi, vətənpərvərlik ruhda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısı cənab İlham Əliyevin göstərdiyi diqqətin bariz nümunəsidir.

Sonra tədbir Akademiyanın xalq calğı alətləri ansamblının və incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu