Geri

FHN işçilərinin Həmkarlar İttifaqı 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirib

31 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin akt zalında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov  və  nazirliyin bir qrup əməkdaşı iştirak edib.

Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş nitqi ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Respublikasının gənclər siyasətindən və ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan geniş söhbət açıb.

Natiq çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1997-cı ildən başlayaraq 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edildiyini, ölkədə gənclər siyasətinin formalaşdırılmasında Ulu Öndərin misilsiz rolu olduğunu bildirib. M.İsmayılov Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət-gənclər siyasətinin əsasının qoyulduğunu, hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyeraya nail olmasında ulu öndər Heydər Əliyevin xüsusi əməyinin olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Mehman İsmayılov çıxışının sonunda qeyd edib ki, bu gün Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək cəmiyyətimizin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışaraq dövətimizin inkişafına öz töhvələrini vermələrinin vacibliyini vurğulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında bildirib ki, bu gün Azərbaycan gənclərinin qayğısız böyüməsi, təhsil alması və əmək fəaliyyəti ilə məşğul olmaları üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılıb. C.Alxasov çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gənc həmkar üzvlərə və gənc istedadlara göstərdiyi diqqət və qa qayğından bəhs edib.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyin aparatı, regional mərkəzləri və qurumlarında çalışan, vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş 53 nəfər gənc əməkdaş FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu