Geri

Birgə təlim keçirilib

30 yanvar 2020-ci il tarixində “Azərbaycan Respublikası yol hərəkətinin təhlükəsizliyinə dair  2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq, Bakı-Quba-Dağıstan yolunun 193-cü km-ində yerləşən 708 saylı DYP postu yaxınlığında təlim keçirilib. Təlimə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Qusar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 708 saylı postunun 2-ci taqımının, Quba və Qusar rayonlarının DYP idarələrinin  və Səhiyyə Nazirliyinin Xaçmaz, Quba, Qusar Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyalarının və 113 xidmətinin canlı qüvvələri və texnikaları cəlb edilib. Nəqliyyatda baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və birgə fəaliyyətin təşkili məqsədilə keçirilən təlimdə qəza xilasetmə işlərinin aparılması, yanğın təhlükəsizliyinin təmin olunması, yaralıların təxliyəsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və  qəza zamanı yol hərəkətinin idarə olunması üzrə əməliyyatlar həyata keçirilib.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə, əsasən insanların sıx toplaşdığı məkanlarda, binaların zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbirləri həyata keçirib. ...

Ardını oxu

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu