Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

30 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay rayon Çərəkə kəndində yerləşən İstilikxanada, Gəncə şəhər Nizami rayon 38 və 39 nömrəli, Kəpəz rayon 40 nömrəli Seçki Dairələrində, 101 nömrəli Göygöl-Daşkəsən Seçki Dairəsində, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Qəbələ 116 nömrəli Seçki Dairəsinin 2 nömrəli seçki məntəqəsində, Şamaxı 85 nömrəli Seçki Dairəsinin 3 nömrəli seçki məntəqəsində, Şəki rayon 115 və Göynük kənd 114 nömrəli Seçki Dairəsində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbində və 28 nömrəli tam orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Sabunçu rayon 187 nömrəli tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayon Xıdırlı kənd 60 saylı Seçki Dairəsində, Neftçala rayon Bankə qəsəbə həkim məntəqəsində, Sabirabad şəhər Sosial-İqtisad Kollecində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Beyləqan şəhər S.İmrəliyev küçəsində yerləşən geyim mağazasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Şabran şəhər 2 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu