Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 30 yanvar 2020-ci il tarixində nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda, Masallı rayonu Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbində isə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Masallı rayon Təhsil şöbəsinin əməkdaşları və təhsil müəssisələrinin kollektivi iştirak edib.

Toplantılarda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilib, dəm qazı təhlükəsinin qarşısının alınması yolları barədə, eyni zamanda “112” qaynar xətti” haqqında məlumat verilib, mövzulara dair fotoslaydlar nümayiş olunub.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarına fövqəladə hallarla bağlı müxtəlif mövzularda hazırlanmış maarifləndirci videoçarxlar nümayiş olunub.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə, əsasən insanların sıx toplaşdığı məkanlarda, binaların zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbirləri həyata keçirib. ...

Ardını oxu

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu