Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

28 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tovuz rayon Qovlar şəhər 105 nömrəli və 106 saylı Tovuz-Ağstafa-Qazax Seçki Dairəsi Dairə Seçki Komissiyasının inzibati binasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz şəhər Əziz Əliyev Muzeyi və Xaçmaz şəhər Xalça Muzeyində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Astara şəhər 6 nömrəli tam orta məktəbində, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Zaqatala şəhər 5 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə rayon Regional sınaq laboratoriyası və Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin 10 nömrəli Uşaq baxçasında maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb. Eyni zamanda pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib. Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanıb.

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunları maarifləndirmə tədbiri keçirib

24 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənclərin mülki müdafiə üzrə maarifləndirilməsi məqsədilə Gəncə şəhər Gənclər ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

24 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax rayon “MKT İstehsalat Kommersiya” MMC-nin pambıq tədarükü məntəqəsində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

24 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri kecirilib. ...

Ardını oxu